Şairə və yazıçı Elnurə Abdullayeva və jurnalist Sevda Yusifqızı arasında efirdə qalmaqal yaşanıb.
“Səni axtarıram” ictimai-sosial verilişində ekspert qismində iştirak edən tərəflər bir-birinin geyim tərzini tənqid ediblər.
S.Yusifqızı - “Verilişdə hər bir insana, içi mən daxil bir söz qoşursunuz. Siz bir özünüzə baxın... Özünüz şalvar, hündürdaban ayaqqabı geyinirsiniz”, - deyərək E.Abdullayevanı hədəf alıb.
Jurnalistin bu sözlərinə cavab olaraq şairə - “Sən mənə elə sözlər deyə bilməzsən. Mən sənə bu icazəni vermirəm. Əvvəlcə get bir özünə yuxarıdan-aşağı bax... Bu yaşda əyninə geyindiyin cins şalvara bax, sonra haqqımda nələrsə söyləyərsən. Efirə gələn, insanlara öyüd-nəsihət, məsləhət, yol göstərən bir şəxs o yaşda o şalvarı geyinməz”, - deyə qarşılıq verib.
Onun bu sözlərindən əsəbiləşən Sevda - “Bu sizin xasiyyətinizdir. Sizə biz heç nəyi məcbur edə bilmərik. Kimsə də kimisə nəyəsə məcbur edə bilməz”, - deyərək, mövzunu bağlamağa çalışıb.
Canlı yayımda baş verən gərginlik dolu anları sizə təqdim edirik:
ŞƏRHLƏRŞƏRH YAZ