İnsanlara hürriyət, millətlərə istiqlal!

Arazdəyən istiqamətində erməni əsgəri yaralandı - İrəvanın absurd iddiası

Erməni tərəf iddia edir ki, yanvarın 19-da saat 10:50 radələrində Yerasx (Arazdəyən-M.) istiqamətində yerləşən döyüş mövqeyində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri E.Ş. guya “Azərbaycan tərəfinin açdığı atəş nəticəsində” yaralanıb.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əsgərin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Zəruri qeydlər: Maraqlıdır ki, çoxdandır sərhəddə sakitlik hökm sürdüyü halda, son hadisə Ermənistan ordusunda gecəyarısı baş verən dəhşətli yanğın hadisəsi və çoxsaylı itkilərlə əlaqədar müdafiə nazirinin dərhal istefa verməsi barədə tələblərin səslənməsi fonunda baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR