İnsanlara hürriyət, millətlərə istiqlal!

Arakel Martikyandan absurd açıqlama:Ermənistan Azərbaycan qüvvələri ilə üz-üzə gəlib onları məğlub etməyə hazırlaşır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan açıqlama verərək absurd fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, Arakel Martikyan Ermənistan Ordusunun yeni hücum gözlədiyini, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlib qələbə qazanmağa hazırlaşdığını deyib.

"Ermənistan Silahlı Qüvvələri yeni hücum gözləyir və Azərbaycan qüvvələri ilə üz-üzə gəlməyə və onları məğlub etməyə hazırlaşır",  - Arakel Martikyan deyib.

Arakel Martikyanın daha sonra dediklərinin sıralaması:

*Azərbaycan Vardenis istiqamətində strateji baxımdan önəmli olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib.

*Ən böyük ərazi itkiləri Cermuk istiqamətində olub.

*İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir.

*Hazırki vəziyyətdə düşmən yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR