İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikdən şok: azərbaycanlılar kabinetdən çıxıb nə vaxt gəldiyimi də bilirlər - Qabil Hüseynli ilə CANLI

Hazırda danışıqlar gedir. Gəlin görək imkanlar nələrdir. Bildiyimə görə, Laçın və Sus sakinləri sosial proqramlar çərçivəsində təzminat alıblar. Biz Laçından yan keçməliyik. Ermənilərin bu yaşayış məntəqələrindən çıxarılması məsələsi bu gün müzakirə olunmayıb.

Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma çətin ki, soydaşlarımız Laçında yaşamağa davam edə. Zabux ilə bağlı danışıqlarımızı və mübarizəmizi davam etdirəcəyik.

Bu sözləri Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların himayəsində fəaliyyətini davam etdirməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyutyan deyib.

“Marşrutla bağlı Azərbaycan və Rusiyadan bir neçə təklif almışıq. Bütün təkliflər rədd edildi. Burada açmaq istəmədiyim sirlər var”, - deyə Arutyunyan bildirib.

“Ədalət” partiyasından olan deputat David Qalstyanın 9/10 noyabr bəyanatı ilə bağlı “Ermənistan tərəfi heç olmasa, bir bəndin icrasını dayandıra bilmir?” sualına Arutyunyan bu cür cavab verib: “Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma 120 min insanımızın taleyini düşünməliyik. Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb “parlamentə” nə vaxt gəldiyimi də bilirlər”.

TVMusavat-ın saat 16:00-da canlı efirində professor Qabil Hüseynli ilə Laçın şəhərinin boşaldılması və Ukrayna gündəmini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR