İnsanlara hürriyət, millətlərə istiqlal!

“Araik də Bakıya gətiriləcək” - Politoloq DETALLARI AÇDI

“İlahi ədalət deyilən bir anlayış var. Uzun müddət bu ilahi ədalət bizim üzümüzə gülmədi. Amma son vaxtlar bu ilahi ədalət bizimlə bir oldu, üzümüzə güldü və bunun nəticəsndə bizə qan uddurmuş və ya uddurmağa çalışan qüvvələr indi bir-bir ələ keçirilir və haqq-ədalət qarşısında dayanmaq üçün Bakıya gətirilir”.

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Karleni Vardanyanın saxlanılaraq, Bakıya gətirilməsinə münasibət bildirərkən deyib.

dc3c79c97f57aa1a2b8b1deba55df8f8.jpg (172 KB)

Politoloq daha sonra qeyd edib:

“Rubert Vardayan artıq Bakıdadır, həyat yoldaşı Veronika Zoneband həyəcanlı bəyanatlar yayır, əri ilə əlaqəsinin itdiyini deyir. Bu xanım əvvəldən bilməli idi ki, əri hansı yolun yolçusudur və başı hansı işlərə qarışıb. Rusiyada yaşaya-yaşaya birdən-birə gəlib, Azərbaycan ərazisində müxtəlif avantüralara baş qoşanda, separatçılarla birlikdə Azərbaycan dövlətçiliyinə qarşı çıxanda bilməliydi ki, etdiyi əməllərə görə ondan hesab soranlar tapılacaq və tapıldı da.

İndi Rubenyan artıq istintaq qarşısındadır, istintaqın suallarına cavab verməli, Qarabağ sərgüzəştlərindən, onu bu əraziyə gətirən motivasiyalardan da danışmalı olacaq.

Bilirik ki, Rusiya indi əl-ayağa düşüb, onu xilas etməyə çalışır. Amma bu adam Azərbaycan Prezidentini hədələyərək, onun ailəsinə qarşı terror əməliyyatları həyata keçirəcəyini bildirmişdi. Onun bu söylədikləri bütün informasiya vasitələrində öz əksini tapmışdı. İndi bütün bu məsələlər ilə bağlı cavab verəcək”.

Politoloq tez bir zamanda Xankəndidəki qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyanın da Bakıya gətiriləcəyi haqda proqnozunu bildirib:

“Bizim ataların belə bir sözü var, “ay daş atan bəxtəvər, daşın da bir vaxtı var”. Təbii ki, tezliklə Araik də saxlanılaraq, Bakıya gətiriləcək, xalqın divanı, məhkəməsi qarşısında cavab verəcək”.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR