İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Bakıya TƏCİLİ çağırış etdi: “Bizimlə DANIŞIN” – detallar “Canlı debat”

Xankəndidəki saxta rejimin oyuncaq rəhbəri Araik Arutyunyan Ermənistanı onların maraqlarını qurban verməməyə çağırıb. O, ermənilərə müraciətində qondarma “parlamentin” Paşinyana qarşı qəbul etdiyi son “bəyanatı” qətiyyətlə dəstəklədiyini bildirib.

Maraqlı məqam Arutyunyanın çıxışı zamanı Rusiyanı da İrəvan kimi hədəfə çevirməsi olub. Belə ki, Rusiya Prezidenti Vladimir Putinə müraciət edən Araik Qarabağdakı vəziyyətə görə məsuliyyəti sülhməramlıların üzərinə atmaqla onların hərəkətə keçmələrini istəyib. Arutyunyan çıxışı zamanı Bakıya müraciət etməyi də unutmayıb. Azərbaycanla “danışıqlara” hazır olduğunu deyən erməni separatçı bu “danışıqların beynəlxalq formatda və öz müqəddəratını təyinat əsasında aparılmalı” olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Qarabağda heç bir şəxsi rəsmi tərəf kimi tanımadığını dəfələrlə bəyan edib və Xankəndidəki heç bir oyuncaq “vəzifəni” qəbul etmədiyini açıqlayıb. Xankəndi də daxil olmaqla sülhməramlıların nəzarətindəki digər ərazilər Azərbaycanın suveren əraziləridir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində debat formatında müzakirə edəcəyik. Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı və Vətəndaş Həmrəyliyi Partiyasının sözçüsü Nəsimi Şərəfxanlı verilişdə qonaq olacaqlar. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR