İnsanlara hürriyət, millətlərə istiqlal!

Antoni Blinken: Qərb Rusiyaya qarşı sanksiyalarını davam etdirəcək

Moskva öz siyasi kursunu dəyişənə qədər Qərb ölkələri Rusiyaya qarşı görünməmiş sanksiya təzyiqlərini davam etdirəcək. Bu fikri ABŞ dövlət katibi Antoni Blinken “Funke” media qrupuna müsahibəsində söyləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Blinken Birləşmiş Ştatların bir çox ölkələrlə birlikdə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumaqda ona kömək etməyi öhdəsinə götürdüyün xatırladıb.

“Hadisələrin qarşıdakı həftələrdə və aylarda necə inkişaf edəcəyi hələ məlum deyil”, - deyən Antoni Blinken Kiyevin tərəfdaşlarının bir neçə məqsədinin olduğunu da diqqətə çatdırıb. “Onlardan biri Ukraynanın əraziləri geri almağa davam etməsi üçün əlimizdən gələni etməkdir. İkincisi, Kiyevə orta və uzunmüddətli perspektivdə öz potensialının artırılmasında dəstək verilməlidir”, - deyə dövlət katibi qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR