İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyada güclü yağışlar həyatı iflic edib

Türkiyənin Antalya vilayətinin bir neçə şəhəri güclü yağışlardan iflic olub.

"Report" xəbər verir ki, bu barədə "Doğan" agentliyi məlumat yayıb.

Bəzi şəhərlərdə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib.

Kaputaş çimərliyi yaxınlığında yamaclardan dənizə axan palçıqlı su dənizi qəhvəyi rəngə boyayıb.

Şiddətli yağışla müşayiət olunan tufan Adrasan şəhərindən yan ötməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR