İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalya Diplomatik Forumundan EKSKLÜZİV GÖRÜNTÜLƏR - Rauf Arifoğlu ŞƏRH EDİR

Xəbər verdiyimiz kimi, Dördüncü Antalya Diplomatik Forumu (ADF2025) Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusu ilə açılacaq.

Musavat.com-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.

Forumda 140 ölkədən 450-yə yaxın nümayəndə həm müasir şəraitdə dialoqun qurulması məsələlərini, həm də müxtəlif regionlarda münaqişələrin həlli yollarını müzakirə edəcək. Bu forumun yüksək səviyyəli qonaqlarından biri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa olacaq. Onun sessiyalarda iştirakı və bir sıra ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, tədbirdə iştirak edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici siyasət rəhbəri Sergey Lavrovla görüşəcək. Ümumilikdə forumda müxtəlif formatlarda 50-yə yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur. Mövzuların çeşidi müxtəlif regionlardakı vəziyyəti əhatə edir: Yaxın Şərqdən Asiya-Sakit okean regionuna, Afrikadan Latın Amerikasına qədər. Qlobal gündəm, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə və humanitar problemlər də diqqət mərkəzində olacaq.

Sözügedən mühüm tədbirdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edir. R.Arifoğlunun forumdan çəkdiyi eksklüziv görüntüləri təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR