Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlığın davamı üçün yaxşı perspektiv var”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqaz regionu həssasdır.
“Mən Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşdüm. Onlar Qarabağa qayıtmaq istədiklərini dedilər. Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır”, - deyə nazir əlavə edib.
Berbok bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası mürəkkəb məsələdir.
“Biz müxtəlif xəritələrlə əlaqədar müzakirə aparırıq. Azərbaycan minalardan əziyyət çəkir. Biz istəyirik ki, Azərbaycana dəstək verək ki, ərazilər minalardan təmizlənsin”, - deyə nazir bildirib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ