İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada zəncirvari yol qəzası baş verib: 26 avtomobil bir-birinə çırpılıb – VİDEO

Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd olunur ki, yağış səbəbindən sürüşkən olan Konya yolunda baş verən zəncirvari qəzada 26 avtomobil toqquşub. Qəzada 3 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım dəstələri sövq edilib.

Qəzada yüngül yaralanan 3 nəfərə ilkin tibbi müdaxilə edildikdən sonra onlar xəstəxanaya aparılıblar. Bəzi avtomobillər evakuatorlarla qəza yerindən uzaqlaşdırılıb və bir müddət nəqliyyatın hərəkəti nəzarət altına alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR