İnsanlara hürriyət, millətlərə istiqlal!

Angelina Coli zəlzələ ilə bağlı çağırış edib: “Yardımınıza ehtiyacımız var”

Məşhur aktrisa Angelina Coli Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da baş verən güclü zəlzələdən sonra bu ölkəyə, habelə Suriyaya yardım etməyə çağırıb.

“Report” xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib.

Aktrisa paylaşımda axtarış-xilasetmə işləri aparan bir işçinin videosunu paylaşaraq, “Yardımınıza ehtiyacımız var” - yazıb.

Paylaşımda həmçinin Kahramanmaraşda dağıntılar altında həyatını itirən qızının əlindən tutan atanın fotosi, Hatayın dronla çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb.

Yardım kampaniyasının linkini də izləyiciləri ilə paylaşan məşhur aktrisa "Qəlbim Suriya və Türkiyə xalqı ilədir. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər və beləcə həyatları xilas etmək üçün səylərini davam etdirə bilərlər”, - aktrisa əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR