İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasını öldürüb qızıllarını oğurladı

Rusiyanın Tümen vilayətində kişi anasını öldürərək qarət edib.

Hadisə Tobolsk şəhərində baş verib.

İstintaqın məlumatına görə, mübahisə zamanı oğul bıçaqla anasına ən azı 19 bıçaq zərbəsi vurub. Bundan sonra o, evdən qızıl-zinət əşyaları oğurlayıb.

Qadının meyitini üç gündür anasından xəbər almayan qızı tapıb.

Şübhəli cinayət törədildikdən 4 gün sonra Tümen şəhərində saxlanılıb. Həmin şəxs ifadə verməkdən imtina edib və hadisə baş verən gün başqa yerdə olduğunu bildirib.

Məhkəmə həmin şəxsi təqsirli bilərək, 11 il müddətinə azadlıqdan məhrum edib./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR