İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ vətəndaşını azad etdi; Ağ Ev xoşməramlı jest kimi dəyərləndirdi

Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılan ABŞ vətəndaşı Mark Fogel sərbəst buraxılıb və tezliklə vətəninə qayıdacaq.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts açıqlayıb.

"Bu gün prezident Donald Tramp və onun (Yaxın Şərq üzrə) xüsusi nümayəndəsi Stiv Uitkoff elan edə bilər ki, cənab Uitkoff Rusiyada saxlanılan amerikalı Mark Fogellə birlikdə Rusiya hava məkanını tərk edir" – Uolts qeyd edib.

Uolts bəyanatında qeyd edib ki, Fogelin Rusiya ilə mübadilə çərçivəsində sərbəst buraxılması Moskvanın “xoşməramlı jestidir” və Ukrayna böhranının həllində irəliləyiş olduğunu göstərir: “ABŞ prezidenti Donald Tramp, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin müşavirləri mübadilə ilə bağlı danışıqlar aparıblar ki, bu da rusların xoşməramlı jesti və bizim Ukraynada amansız və dəhşətli müharibəyə son qoymaq üçün düzgün istiqamətdə hərəkət etdiyimizə işarədir”.

Qeyd edək ki, bu açıqlamadan əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə İordaniya Kralı II Abdullah ilə görüş zamanı jurnalistlərə bildirmişdi ki, Ukrayna böhranının sülh yolu ilə həllində mühüm irəliləyiş əldə olunub: "Biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Mən, əslində, çox yaxşı irəliləyiş əldə etdiyimizi düşünürəm".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR