Onlayn ictimai-siyasi qəzet
Bakıda fırıldaqçılığın yeni növü ortaya çıxıb. Xeyli sayda sürücü bu vəziyyətlə üzləşib.
Musavat.com xəbər verir ki, fırıldaqçılıqla məşğul olan şəxs “Khazar” (Xəzər) markalı, ağ rəngli avtomobillə sürücülərin yolunu kəsir. Bu zaman müxtəlif variantlardan, bəhanələrdən istifadə edir.
Hərəkətdə olan avtomobilə arxadan yaxınlaşaraq təkərinə sellofan və ya hər hansısa cisim ilişdiyini deyərək sürücü ilə dialoqa keçir. Sonra avtomobili kənara çəkərək saxlayır və sürücü ilə danışmağa davam edir. Guya onun xəbərdarlığından sonra təkərə ilişən cismin təkərdən düşdüyünü deyir.
Əsas məqsəd isə başqadır. Bir bəhanə ilə dayandırdığı sürücüyə əvvəlcə qardaşının şəhid, özünün qazi, maşında isə qurban əti olduğunu deyir. Əlavə edir ki, qurban ətini şəhid ailələrinə aparır, amma maşınının yağı qurtardığı üçün yolda qala bilər. Sürücüdən pul istəyir, hətta maşının “baqajı”nda olan qurban ətini ona təklif edir.
Bu tələyə düşən onlarla sürücü var. Daha da maraqlısı budur ki, pul verməkdən imtina edən sürücülərə qarğış da edir. Qarğışında isə tam olaraq belə deyir: “Varındırsa, vermirsənsə, Allah bəlanı versin”.
Avtomobilin dövlət nömrə nişanı bilinməsə də ağ rəngli “Khazar” sürücüsündən ehtiyatlı olun. Bütün sürücülərlə dialoqu yuxarıda qeyd etdiyimiz şəkildə baş tutur.
Sürücülərdən birinin lentə aldığı həmin görüntünü təqdim edirik:
İ.Muradov
Musavat.com
12 Fevral 2025
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ