Onlayn ictimai-siyasi qəzet
Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komediya aktrisası saxlanılıb.
İstanbul şəhərinin Kadıköy qəsəbə polisinin keçirdiyi əməliyyat nəticəsində komediya səhnələrində yer alan 29 yaşlı aktrisa Selin Dilmaç və ondan narkotik alan azərbaycanlı Ruslan A. saxlanılıblar.
Narkotik aludəçisi olduğunu etiraf edən Selin Dilmaç ifadəsində bildirib ki, 3 gün əvvəl U.K. adlıbiri ilə tanış olub. Ondan özü üçün narkotik maddə alıb:
"Sonra U.K. zəng edib dedi ki, görüşək və narkotikləri sənə verim. Mən də razılaşıb götürdüm. Həmin narkotikləri 1500 lirə qarşılığında Ruslan A.-ya verməli idim. Ancaq narkotikləri ona verərkən polis tərəfindən tutulduq".
Qeyd edək ki, aktrisanın evində aparılan axtarışlar zamanı satışa hazır vəziyyətdə 192 bükümdə ümumilikdə 759 qramdan artıq narkotik maddə aşkarlanıb. Məhkəmənin qərarı ilə Selin Dilmaç həbs edilib. /lent.az
12 Fevral 2025
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ