İnsanlara hürriyət, millətlərə istiqlal!

İzmirdə dəhşət: Qadın körpə uşağını dənizə atdı

İzmirin Seferihisar bölgəsində 1 yaşlı körpəsini dənizə atdığı iddia edilən qadın həbs edilib.

Musavat.com xəbər verir ki, İzmirin Seferihisar rayonunda bir qadının Bengiler məhəlləsində dənizə girərək qucağındakı körpəni suya atdığını görən vətəndaşlar dərhal jandarmaya məlumat veriblər.

Hadisə yerinə jandarma və səhiyyə işçiləri cəlb edilib. Vətəndaşların dənizdən çıxardığı 1 yaşlı körpə Seferihisar Dövlət Xəstəxanasına aparılıb.

Əraziyə baxış keçirən təhlükəsizlik qüvvələri hadisəni törətdiyi iddia edilən 30 yaşlı ana Kevser C.-ni müəyyən edərək saxlayıblar. Psixoloji problemləri olduğu bildirilən qadın məhkəməyə çıxarılaraq həbs edilib. 

Mənbə: https://www.ntv.com.tr/turkiye/izmirde-korkunc-olay-bebegini-denize-atti,CgzRq2yzbk2SP-2vXk0t2g

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR