İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Quliyev: "Ukraynada bərpa-quruculuqla bağlı layihələr hazırlanır"

Suriyada bərpa-quruculuq prosesində iştirakla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında konkret məsələ qoyulmayıb.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Musavat.com-un sualına cavabında bildirib.

O qeyd edib ki, Azərbaycan Türkiyəyə zəlzələ nəticələrinin aradan qaldırılmasında dəstək göstərib:

"Ukraynada bərpa-quruculuqla bağlı layihələr hazırlanır. Gələcəkdə zərurət olduqca Azərbaycan dost, tərəfdaş ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR