Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) COP29 çərçivəsində Şəhərsalma Günü təşkil etməklə urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsində duran ən aktual məsələlərin müzakirəsi üçün açıq və konstruktiv dialoq imkanı yaradıb.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.
O, bu tədbirin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: “Biz şəhərlərin həm qlobal gələcəyini, həm də planetimizin inkişafında oynadığı rolu yüksək dəyərləndiririk. Urbanizasiyanın sürətlə inkişaf etdiyi regionlardan biri kimi Azərbaycan bu prosesin yaratdığı çağırışlara cavab verməyə, onun təqdim etdiyi imkanlardan faydalanmağa sadiqdir”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ