Onlayn ictimai-siyasi qəzet
“Nənəm deyərdi ki, Allah ağlını başından alınca, canını alsın”.
Musavat.com xəbər verir ki, bu sözləri “Pərvizə görə”də Əməkdar artist Sənubər İsgəndərli deyib.
O, aparıcı Pərviz Hüseynin “Səhv etmirəmsə, demişdiniz, qızınıza tapşırmısınız ki, nə vaxtsa düzgün danışmasanız, sizi evdən çıxmağa qoymasın” fikrinə bunları söyləyib:
“Həyatdır, bilmirsən nə olacaq, bəlkə hansısa yaşa qədər yaşayacağam. Olur ki, insanın yaddaşı gedir. Onu zarafatla demişdim, qızım onu ciddiyə almadı. Heç qulaq asmaq istəmədi. Dedim yox, hər şey ola bilər. Onda qapıları bağlayıb ananı evdə otuzdurursan”.
Əməkdar artist bildirib ki, valideynlər övladlarına çox qarışmamalıdır:
“Ananın qızına çox məsləhəti olur. Ən çox da ləyaqətini, ailəni qoru deyə bilər.
Qızının bütün işlərinə qarışmağı səhvdir. Xüsusilə də evli olan qızının ailəsinə qarışıb, hər şeyə söz atmağı. Bu, qız-oğlan fərq etmir, özünün şəxsi çərçivəsi olmalıdır. Valideyn o çərçivəyə çox girməməlidir”.
Könül İbrahim
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ