İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalıların əksəriyyəti Rusiya ilə münasibətlərin yaxşılaşacağına inanmır

Amerikalıların əksəriyyəti ABŞ-ın Rusiya, Çin və İran kimi dövlətlərlə münasibətlərinin nə vaxtsa yaxşılaşacağına inanmır.

AZƏRTAC xəbər verir ki, Associated Press informasiya agentliyi bu barədə Pirson İnstitutu və AP-NORC İctimai Münasibətlərin Tədqiqi Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.

Tədqiqata əsasən, 2018-ci ildə keçirilmiş öncəki analoji sorğudan sonra ABŞ vətəndaşlarının rəyi əhəmiyyətli dərəcədə dəyişib. O zaman amerikalıların yalnız 26 faizi Rusiya, Çin və İranla münasibətlərin düzələcəyinə inanmırdısa, indi bu göstərici 60 faizə yüksəlib.

“ABŞ-ın dünyadakı mövqeyi və onun xarici siyasəti ilə bağlı suallara cavab verən amerikalıların fikirləri cəmiyyətin partiya xətti üzrə bölünməsini açıq şəkildə nümayiş etdirib”, - deyə Pirson İnstitutunun Qlobal Forumunun direktoru Şeyla Kohanteb bildirib. Əgər 2018-ci ildə Demokratlar Partiyası tərəfdarlarının 75 faizi ölkənin “yanlış yolla getdiyini” hesab edirdisə, hazırda demokratların 75 faizi hazırkı siyasi kursdan razıdır. Eyni zamanda, 2018-ci ildə respublikaçıların 60 faizi dövlətin siyasətindən razı olduğu halda, indi onların eyni nisbəti Co Bayden administrasiyasının fəaliyyətini uğursuz hesab edir.

Pirson İnstitutu və AP-NORC İctimai Münasibətlərin Tədqiqi Mərkəzinin keçirdiyi sorğuda yaşı 18-dən yuxarı olan 1003 amerikalı respondent iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR