Onlayn ictimai-siyasi qəzet
Ermənistan-Azərbaycan münaqişəsinin həlli həm Ermənistan, həm də bütövlükdə bütün Cənubi Qafqaz üçün dinc gələcəyə yönəlmiş zərurətdir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə noyabrın 30-da ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə prezident Co Bayden tərəfindən namizədliyi irəli sürülən Kristina Kvin ABŞ Senatının Xarici əlaqələr komitəsindəki dinləmələr zamanı bildirib.
Dinləmələr zamanı diplomat ABŞ-ın davamlı sülh yolu ilə həllinə nail olmaq üçün hər iki tərəfə dəstəyini davam etdirəcəyinə söz verib.
Namizəd çıxışında erməni diasporunun ən böyük icmalarından birinin məskunlaşdığı Kaliforniya ştatının Fresno şəhərində böyüdüyünü sözlərinə əlavə edib.
Kvin həmçinin təsdiq olunması halında “qondarma erməni soyqırımını daim xatırlatmaq” və “Ermənistanın dinc gələcəyini dəstəkləmək” üçün əlindən gələni edəcəyini bildirib.
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə Borrell bildirib. Aİ-nin ali nümayəndəsinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü Polşada keçiriləcək ATƏT XİN Şurası iclası çərçivəsində baş tutacaq.
“Düşünürəm ki, bu, Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi fürsətdir. Biz Azərbaycan və Ermənistanı bu fürsəti görməyə çağırırıq”, - Aİ-nin ali nümayəndəsi əlavə edib.
Bu və gündəmdəki digər xəbərləri bu gün aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Aparıcı gündəmdə olan mövzulara öz münasibətini bildirəcək.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ