İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika xalqı narahatdır: Putinin nüvə təhdidinin şok təsiri...

Ukraynadakı müharibə "Soyuq müharibə" dövrünü xatırlatdığı üçün ABŞ-ın nüvə qorxusunu artırıb. Bu il keçirilən sorğularda amerikalıların əksəriyyəti Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə inandığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Hill” nəşri bildirib.

Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru Peter Kuznik, 1962-ci ildə ABŞ və Sovet İttifaqı arasında yaranmış gərgin qarşıdurmaya toxunaraq deyib ki, Kubadakı raket böhranından bəri bu qədər narahatlıq görünməyib.

Nüvə narahatlığı müharibə başlayandan sonra güclənib və bir neçə gün sonra Putin nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirdikdə daha da təhlükəli hal alıb. Ukraynadakı müharibənin başlıqlardan silinməsi və amerikalılar uzun sürən müharibəni yeni normal hal kimi qəbul etməyə başladığı üçün yayda gərginlik azalıb. Qorxular bu ay Putinin artan itkiləri dayandırmaq üçün nüvə silahından istifadə edə biləcəyi ilə bağlı fərziyyələr fonunda yenidən gündəmə gəlib.

Fevral və mart aylarında keçirilən bir sıra sorğular amerikalıların yaxınlaşan nüvə təhlükəsindən getdikcə daha çox narahat olduğunu göstərib. Bazar ertəsi yayımlanan yeni “Reuters-Ipsos” sorğusunda respondentlərin 58 faizi ABŞ-ın nüvə müharibəsinə doğru getməsindən qorxduğunu bildirib.

“Son 20 ildə bir dəfə də olsun xatırlamıram ki, biz nüvə apokalipsisinin mümkünlüyü ilə bağlı bu qədər narahatlıq görək”,- Ipsos-un rəhbəri Kris Jackson deyib.

Bəzi alimlər nüvə münaqişəsi təhlükəsinin hazırda İkinci Dünya müharibəsinin bitməsindən sonra heç vaxt olmadığı qədər böyük olduğunu deyirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR