İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA-nın mətbuat katibi vəzifəsindən AZAD EDİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.

Bu barədə “Report”a onun özü məlumat verib.

A.Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR