Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun adı dəyişdirilir.
Bununla bağlı məsələ Akademiyanın bu gün keçirilən ümumi yığıncağında qaldırılıb.
Belə ki, ümumi yığıncaq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.
Ümumi yığıncaqda AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər də keçirilib. Seçkilərin nəticəsinə əsasən, akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər.//Report
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ