Onlayn ictimai-siyasi qəzet
Ağcabədinin Pərioğullar kəndində yerləşən körpələr evi-uşaq bağçasında uşaqlara yalnız quru çörək və su verildiyi iddia olunur. Bu barədə kənd sakini bağçada xadimə kimi çalışan Afiqə Şirinova videomateriallar təqdim edib.
O, bağçada qanunsuzluqların son 5 ildə artdığını və ən ciddi problemin uşaq yeməklərinin azaldılması olduğunu deyir.
Məsələ ilə bağlı bəzi valideynlər də narahatlıqlarını ifadə ediblər.
Bağçanın aşpazı Solmaz Bədəlova isə bildirib ki, yemək paylanması hər gün gələn uşaqların sayına uyğun tənzimlənir.
Bağçanın müdiri Gülnarə Axundova səhhətinə görə açıqlama verməsə də, səsləndirilən ittihamları tamamilə əsassız sayır./Milli.Az
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ