İnsanlara hürriyət, millətlərə istiqlal!

Alyaskada təcrübəli bələdçi turistləri ayının hücumundan xilas etdi (VİDEO)

Alyaskada gəzinti zamanı vəhşi ayı turistlərə tərəf qaçıb, bu, videoya düşüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ayının turistlərə hücum etdiyini görən, bələdçi başını itirməyib və ucadan qışqırmağa başlayıb. Hətta o, yırtıcı heyvanın üstünə tərəf qaçıb, bu isə yastıdabanı qorxudub və geri qaçmasına səbəb olub.

“Hücum edən ayıdan heç vaxt qaçmayın, baxmayaraq ki, bunu sizə instinktiniz deyir. Sadəcə, heyvanlar sizi qaçmağa məcbur etməyə çalışırlar. Onların təqib etmək üçün təbii instinkti var”, - Alyaska ətrafında ayı seyri səfərləri təşkil edən firma xəbərdarlıq edir.

Firma rəhbərləri bildirirlər ki, 10 ildir bu işlə məşğuldurlar və bu, birinci hal deyil, peşəkar bələdçilər bundan qaçmağa çalışsalar da, belə bir vəziyyətə hazırdırlar.

O da bildirilib ki, 30 ildir bu ərazidə bir dəfə də olsun ayı hücumu olmayıb. Bu ərazidə heyvanlar yemlənmir, ovlanmır, sadəcə, insanlar baxmağa, şəkil çəkdirməyə gəlirlər. Bu cür fəaliyyətlər üçün ciddi qaydalar dəsti var. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR