İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın yeni kansleri bu gün Türkiyəyə rəsmi səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Almaniya Federativ Respublikasının yeni kansleri Olaf Şolts martın 14-də Türkiyəyə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Olaf Şoltsun kansler seçildikdən sonra Türkiyəyə edəcəyi bu ilk rəsmi səfər zamanı iki ölkə arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Bununla yanaşı, digər aktual regional və beynəlxalq problemlər, xüsusilə Rusiya-Ukrayna böhranı, Türkiyə-Avropa İttifaqı münasibətləri kimi bir çox mövzular ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR