İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın müdafiə nazirini istefaya götürən SƏBƏB

Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə DW kanalı məlumat yayıb. Almaniya kansleri Olaf Şolts Kristin Lambrextin istefasını qəbul edib.

Lambrext yanvarın 16-da yayımlanan bəyanatında istefasında ilk öncə medianı suçlayıb.

“Mətbuatın mənim şəxsiyyətimə aylarca diqqət yetirməsi sayəsində ordu və təhlükəsizlik siyasəti sahəsində müzakirələr aparılmır. Hərbçilərin dəyərli əməyi və bu sahədə ürəklə çalışan adamlar ön planda qalmalıdır. Buna görə də vəzifəmi tərk etmək qərarına gəldim”, - deyə 57 yaşlı alman siyasətçi açıqlamasında bildirib.

Qeyd edək ki, Almaniya mətbuatı hələ yanvarın 13-də axşam saatlarında Kristin Lambrextin istefa xəbərini yaymışdı. Keçmiş müdafiə naziri aylardır Almaniya mediasının tənqid atəşi altındadır. Müxalifətdəki Xristian Demokratlar onu səriştəsizlikdə, Bundesveri yenidən təchiz etməkdə lənglikdə və ictimai çıxışlarda uğursuzluqda ittiham edirlər.

Lambrext bir sıra media qalmaqallarının mərkəzində olub. Buna onun uğursuz Yeni il təbrikini misal göstərmək olar. Həmin təbrikində Lambrext atəşfəşanlıq qarşısında dayanaraq Ukraynadakı müharibədən danışıb, daha doğrusu, qışqırmağa məcbur qalıb. Bundan başqa, keçmiş müdafiə nazirinin oğlunun xidməti vertolyotda çəkdirdiyi fotoşəkilin dərc olunması hay-küyə səbəb olub. Rəy sorğularına əsasən, nazir Almaniyada populyar siyasətçilərdən sayılmır. Belə ki, xüsusən də ZDF telekanalının keçirdiyi sorğuya əsasən, almanların 60 faizi onun istefa verməsini istəyib.

Kristin Lambrext müdafiə naziri olmazdan əvvəl Angela Merkelin son kabinetində ədliyyə naziri, 2021-ci ildən isə eyni vaxtda ailə, qadın və gənclər üzrə nazir vəzifələrini tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR