İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada yeni anti-Türkiyə isteriyası - jurnalistlərə xəbərdarlıq ediblər ki, Türkiyəyə getməsinlər

Almaniya parlamentinin sol partiyasından olan millət vəkili Gökay Akbulutun Türkiyədə qısa müddətə saxlanılması ilə bağlı açıqlama Almaniyada böyük səs-küyə səbəb olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Akbulut bu ayın əvvəlində Türkiyəyə gələndə 2019-cu ildə sosial şəbəkələrdəki paylaşımlarına görə bir neçə saat saxlandığını açıqlayıb. “Die Linke” partiyasından olan millət vəkili Akbulut “terror təbliğatını yaymaq” ittihamı ilə barəsində çıxarılan həbs-qətimkan tədbiri ilə əlaqədar avqustun 3-də Antalya hava limanında saxlanıldığını bildirib.

Almaniya vətəndaşı olan Akbulut Almaniya Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqdan sonra sərbəst buraxıldığını deyib.

Alman Jurnalistlər Cəmiyyətinin (DJV) sədri Frank Überall Türkiyədə baş verən siyasi hadisələri şərh edən alman jurnalistlərə Türkiyəyə getməmələri barədə xəbərdarlıq edib. Überall deyib: “Parlament toxunulmazlığı belə onları Türkiyədə həbsdən qorumursa, jurnalistlər üçün təhlükə daha böyükdür. Keçmişdə öz xəbərlərində və ya sosial şəbəkələrində Türkiyəni, prezident Ərdoğanı və ya AK Partiyanı tənqid edən jurnalistlər Türkiyədən uzaq durmalıdırlar”.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü isə Türkiyəyə gedən jurnalistlərin təhlükəsizliyini qiymətləndirə bilmədiklərini, lakin nazirliyin saxlanma prosesinə müdaxilə etdiyini və Akbulutun sərbəst buraxılması üçün addımlar atdığını bildirib. Sözçü həmçinin nazirliyin internet saytında yer alan səyahət və təhlükəsizlik xəbərdarlığına da toxunaraq, “Almaniya vətəndaşlarının özbaşına həbs edildiyi, ölkədən çıxışının qadağan edildiyi və ya Türkiyəyə girişinin qadağan olunduğu hallar var”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR