İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada terror törətməyə hazırlaşan iranlı belə ələ keçirildi- Şok detallar  


Almaniyanın şimal-qərbindəki Castrop-Rauxel bölgəsində səhər saatlarında terror aktına hazırlaşdıqları öyrənilən 32 yaşlı iranlı və başqa bir kişinin yaxalandığı açıqlanıb.

Musavat.com-un məlumatına görə Almaniyanın tanınmış media qurumlarından biri olan “Welt” adı açıqlanmayan şəxsin evindən siyanür və risin adlı kimyəvi maddələrin tapıldığını və onlardan kimyəvi silah hazırlamaq üçün istifadə oluna biləcəyini açıqlayıb.

Alt paltarında, tələsik saxlanılaraq binadan çıxarılan şəxsin dindirilməsinin davam etdiyi bildirilib. "Təxmin edirik ki, saxlanılan şəxs dövlətə qarşı çox ciddi terror aktı hazırlayır", - səlahiyyətlilər bildirib. Səlahiyyətlilər məlumatın xarici kəşfiyyat bölməsindən gəldiyini də bəyan ediblər.
Ən zəhərli bioloji maddə kimi tanınan risin hava ilə yayıla bilir və onun öldürücülük xüsusiyyəti çox yüksəkdir. Miqdarından asılı olaraq 32 ilə 72 saat arasında insanı öldürə bilər. Sianidin isə ən kiçik dozası belə insanları öldürür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR