İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Rusiyaya casusluq edən ordu zabiti həbs olundu

 

Almaniyada Bundesverin (Almaniya ordusu-red.) ehtiyatda olan zabiti Rusiyanın xeyrinə casusluqda təqsirli bilinib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 2014-2020-ci illərdə o, Almaniya Silahlı qüvvələri haqqında məlumatları Rusiya hərbi attaşesinə ötürübmüş. Məhkəmə ona 1 il 9 ay sınaq müddəti təyin edib.

Qeyd edək ki, zabitlə bağlı qərar Düsseldorfun (Şimali Reyn-Vestfaliya) Ali Regional Məhkəməsi tərəfindən verilib. Ralf G. (Ralph G.) adlı həmin şəxs Düsseldorf yaxınlığında yerləşən Erkrat şəhərinin sakinidir.

“Deutsche Welle” kanalının məlumatına görə, belə bir yumşaq cəza məlumatların əksəriyyətinin gizli olmaması və açıq mənbələrdə dərc edilməsi ilə bağlıdır. Ehtiyatda olan zabit Rusiya tərəfini “Bundesver”in ehtiyat sisteminin strukturu, AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticələri və kiberhücumlar haqqında məlumat paylaşıb.

Bununla belə, istintaq Almaniya ordusunun hədəf, məqsəd, vəzifələrini və strukturunu özündə birləşdirən əsas məxfi sənəd sayılan “Ağ Kitab”ın da Rusiya attaşesinə təhvil verildiyini müəyyənləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR