İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada qazın topdansatış qiyməti iki dəfə azalıb - istehlakçılara aidiyyəti yoxdur

Məlum olduğu kimi, son aylarda Almaniyada elektrik enerjisinin və qazın qiyməti xeyli artıb. Sentyabrın əvvəlində Almaniyada milli tədarükçülərin yeni müştəriləri üçün 1 kubmetr qazın qiyməti 40 sentə çatmışdı. İndi bu tendensiya dəyişir.

AZƏRTAC xəbər verir ki, yaxın günlərdə qazın qiyməti azalıb. Bu azalma topdansatış qiymətinə də aiddir, lakin son istehlakçılar üçün bu göstərici o qədər də yüksək deyil. Sentyabrın əvvəlindən bəri qiymətlər iki dəfə azalıb. 2010-cu il noyabrın 15-i üçün olan məlumata görə, yeni müştərilər üçün qazın 1 kubmetrinin qiyməti 26 sentə yaxındır.

Sentyabr ayında qazın belə baha olmasının bir neçə səbəbi var. O vaxt Rusiyadan qaz tədarükü dayandırılmalı idi və qaz anbarlarını doldurmaq mümkün olacağına əminlik yox idi. İndi qaz anbarları “ortadan yuxarı” səviyyədə doldurulub və məlum olub ki, qazı başqa üsullarla da almaq mümkündür. Bu səbəbdən bazarda sabitləşmə yaranır. Elə ona görə də qiymətlər aşağı düşüb. Nəhayət, psixoloji amil fond birjasında həmişə öz təsirini göstərir.

Qiymətlər hər gün dəyişir, çünki müştərilərin yeni təklifləri fərqlidir. Digər tərəfdən əsas tədarükçülər, məsələn bələdiyyə kommunal müəssisələri uzunmüddətli tədarük hesabına qazanc əldə etdiklərinə görə onlar qiymətlərin dəyişməsinə bir qədər gec reaksiya veriblər.

Qeyd etmək lazımdır ki, topdansatış bazar qiymətlərinin azalması son istehlakçılara tezliklə təsir göstərməyəcək. Bundan əlavə, topdansatış qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasını söyləmək hələ tezdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR