İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada QANLI OLAY: 4 nəfər ölüb, 2 Türkiyə vətəndaşı yaralanıb – Hücumçunun qalmaqallı paylaşımları üzə çıxdı

Almaniyanın Hamburq şəhərində baş verən silahlı hücum nəticəsində 4 nəfər ölüb, 2 Türkiyə vətəndaşı isə yaralanıb.

Musavat.com xəbər verir ki, hadisə ölkədə böyük rezonansa səbəb olub.

Hücum Hamburqdakı bir yaşayış kompleksində baş verib. Silahlı şəxs binaya daxil olaraq atəş açıb. Hücum nəticəsində 4 nəfər ölüb, yaralananlardan 2-nin Türkiyə vətəndaşı olduğu təsdiqlənib.

Silahlı hücumu törədən şəxsin 50 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Taleb Abdulmohsen olduğu bildirilib. Onun sosial media hesablarında bir sıra irqi nifrət və təhdid dolu paylaşımlar olub. Abdulmohsenin uzun müddətdir radikal sağçı qruplarla əlaqədə olduğu iddia edilir. Bu, hadisənin nifrət cinayəti ola biləcəyini gündəmə gətirir.

Türkiyə Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyib və yaralı Türkiyə vətəndaşlarına dəstək göstəriləcəyini bildirib.

Nazirlikdən verilən açıqlamada deyilir:

“Almaniyada baş verən bu nifrət dolu hücumu şiddətlə qınayırıq və yaralanan vətəndaşlarımıza tezliklə şəfa diləyirik. Hücumun detalları barədə yerli hakimiyyət orqanlarından daha ətraflı məlumat gözləyirik”.

Son illərdə Almaniyada sağçı qrupların zorakı hərəkətləri və nifrət cinayətlərində artım müşahidə olunur. Ekspertlər bu hücumun da sağçı ideologiya ilə əlaqəli ola biləcəyini vurğulayırlar.

Hadisə ilə bağlı araşdırmalar davam edir, hücumun arxasında hansı motivlərin dayandığı tam olaraq açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR