İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada kanslerliyə namizəd Vaydel: "Rusiya ilə çox yaxşı münasibətlər qurmaq istəyirik"

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının kanslerliyə namizədi Alisa Vaydel ölkəsinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiyini bildirib.

Musavat.com xəbər verir ki, Vaydelin sözlərinə görə, Berlin Moskva ilə daha sıx əməkdaşlıq qurmalıdır və bu məqsədlə Rusiya əleyhinə tətbiq edilən sanksiyaların ləğvi üçün çalışacaq. O qeyd edib ki, mövcud məhdudiyyətlər Almaniya iqtisadiyyatına ciddi ziyan vurur və ölkəni beynəlxalq bazarda rəqabətqabiliyyətsiz hala gətirib.

Qeyd edək ki, AfD partiyası Almaniyada sağçı populist mövqeyi ilə tanınır və son illərdə anti-sanksiya, mühacirətə qarşı siyasət və Avropa İttifaqına skeptik yanaşması ilə diqqət çəkir. Vaydelin bu bəyanatı Avropada Rusiyaya qarşı sərt sanksiyaların davam etdiyi və Qərbin Ukraynaya dəstəyinin gücləndiyi bir dövrdə verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR