İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada inflyasiyanın səviyyəsi artır

Almaniyada yanvar ayı üzrə iqtisadi proseslərin yekun rəqəmləri göstərir ki, bu ölkədə inflyasiyanın səviyyəsi artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, fevralın 9-da dərc olunmuş məlumatlar ilkin proqnozları təsdiqləyib. Ekspertlər hesab edirlər ki, inflyasiyanın səviyyəsinin artmasının səbəbi dövlət tərəfindən bir ay əvvəl göstərilən enerji daşıyıcıları üzrə birdəfəlik dəstək paketinin təsirinin zəifləməsidir. Bunun nəticəsində, ölkədə istehlak mallarının qiymətləri yenidən artmağa başlayıb və dekabrda olan 8,6 faizdən yanvarda 8,7 faizə qalxıb. Enerji daşıyıcıları və qida məhsullarının qiymətlərində qeydə alınan artım artıq bir neçə aydır ki, inflyasiyanı tətikləyir və bu, öz növbəsində, istehlakçıların alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarır.

Təbii qazın qiymətlərində o qədər də böyük olmayan azalmaya baxmayaraq, iqtisadçılar cari ildə istehlak qiymətlərinin azalacağını gözləmirlər. Bundesbankın rəhbərliyi xəbərdarlıq edib ki, ölkənin çətin mərhələni aşması və inflyasiya probleminin həll olunması barədə fərziyyələr təhlükəlidir.

Mülayim qış iqlimi və Şimal dənizi limanlarında yeni terminalların istifadəyə verilməsi sayəsində tədarükün diversifikasiyası üzrə səylər son vaxtlar təbii qazın qiymətlərinin azalmasına səbəb olub. Enerjiyə qənaət tədbirləri də bu məsələdə öz rolunu oynayıb. Lakin qiymətlərin üzərində təzyiq hələ də yüksək olaraq qalır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR