İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada bir sıra şirkətlər istehsalı Afrika və Asiyaya köçürür

Almaniyada bir sıra şirkətlər anti-Rusiya sanksiyalarının Avropanın iqtisadiyyatına təsirinin artması səbəbindən istehsalı Afrika və Asiyaya köçürmək niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə Fransanın "Le Monde Diplomatique" (MD) nəşri yazır.

Nəşr qeyd edib ki, Almaniyadakı bəzi kimya şirkətləri artıq ölkədə istehsalını məhdudlaşdırır və istehsalı xaricə köçürür. Bu, xammal və elektrik enerjisinin qiymətinin rekord dərəcədə artması ilə bağlıdır.

Məlumata görə, 2022-ci ilin üçüncü rübündə Almaniyada kimya istehsalı 14% azalıb. Əksər kiçik və orta firmalar üçün elektrik enerjisi və yanacaq haqqını ödəmək mümkün olmayan çətin vəziyyət yaradıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR