İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya XİN: Ukraynaya HHM sistemlərinin verilməsi daha vacibdir

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, hazırda Ukrayna üçün HHM sistemləri prioritetdir.

APA-nın xəbərinə görə, bu barədə diplomat Phoenix kanalına müsahibəsində bildirib.

“Ötən həftə biz hava hücumundan müdafiənin nə dərəcədə əhəmiyyətli olduğunu gördük. Xoşbəxtlikdən, Kiyevə atılan raketlərin yarısı bizim göndərdiyimiz silahlar sayəsində vuruldu” – deyə Berbok bildirib.

Alman diplomat bildirib ki, hazırda Kiyevə tank verilməsi ikinci dərəcəli işdir, HHM sistemlərinin verilməsi daha vacibdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR