İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukraynaya verdiyi sözü tutdu - Vəd ediləndən 4 dəfə çox...

Almaniyanın 18 ədəd "Leopard 2" A6 tipli müasir döyüş tankı Ukraynaya çatdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın rəsmi NATO sosial media hesabında açıqlama verilib.

“Söz verildiyi kimi, Almaniyanın 18 ədəd “Leopard 2 A6” döyüş tankı döyüş sursatları və ehtiyat hissələri ilə birlikdə Ukraynaya çatdırılıb”, - deyə, məlumatda bildirilir.

Almaniyanın müdafiə naziri Boris Pistorius sözügedən tankların təhvil verilməsi ilə bağlı açıqlama verib:

“Leopard 2 A6 döyüş tanklarının cəbhədə fərq yaradacağına əminəm. İsveç və Portuqaliya ilə birlikdə bir döyüş qrupu üçün kifayət qədər tank təmin edəcəyimizə söz verdik. Bu sözü yerinə yetirmək üçün Almaniya əvvəlcə vəd etdiyindən 4 daha çox tank tədarük etdi. Bizə arxalana bilərsiniz” - Pistorius deyib.

Qeyd edək ki, Almaniya bu tankları Ukraynaya "Leopard" göndərmək üçün yanvarda qəbul etdiyi qərarın bir hissəsi kimi təhvil verib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR