Onlayn ictimai-siyasi qəzet
Berlin bu qış Kiyevə 100 milyon avro dəyərində əlavə yardım edəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Moldovaya səfəri zamanı deyib.
Almaniyanın xarici siyasət idarəsinin rəhbəri bu qərarı əsaslandıraraq bildirib ki, Rusiya ukraynalıların həyatını dözülməz və mümkün qədər dəhşətli etmək üçün yenidən Ukraynanın enerji infrastrukturuna qış silsiləsi hücumlar hazırlayır.
Daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Ukrayna yaxın iki ay ərzində Almaniya istehsalı olan 6 “Panzerhaubitze 2000” özüyeriyən artilleriya sistemini alacaq. Ümumilikdə, 12 belə qurğunun Kiyevə təhvil verilməsi planlaşdırılır.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ