Onlayn ictimai-siyasi qəzet
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının açılış görüşünün ən yaxşı futbolçusu müəyyənləşib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya və Şotlandiya milliləri arasında keçirilən matçın ən yaxşı futbolçusu meydan sahiblərinin üzvü Jamal Musiala seçilib.
21 yaşlı yarımmüdafiəçi komandasının 5:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada ikinci qolun müəllifi olub.
Oyuna start heyətində başlayan J.Musiala 74-cü dəqiqədə əvəzlənib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ