İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Polşaya raket əleyhinə səkkiz “Patriot” qurğusu təklif edib

Almaniya hakimiyyəti Polşa ərazisinə Ukraynanın hava hücumundan müdafiə raketinin düşməsindən sonra respublikada raket əleyhinə səkkiz “Patriot” buraxılış qurğusu yerləşdirməyi təklif edib.

AZƏRTAC Avropa mediasına istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak cümə axşamı günü parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, polşalı raketdən müdafiə mütəxəssisləri hesab edirlər ki, bu sistemlər "Ukraynanın qərbində özünü daha yaxşı doğrulda bilərdi".

Ötən həftə Almaniyanın müdafiə naziri “Patriot” raketindən müdafiə sistemlərini Polşada deyil, Ukraynanın qərbində yerləşdirmək barədə polşalı həmkarı Mariuş Blaşakın xahişini rədd edib. Almaniya hakimiyyəti dəfələrlə bildirib ki, tərəfdaşları ilə məsləhətləşmədən Kiyevə silah göndərmək fikrində deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR