İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya peşəkar mütəxəsislərə "gəl, gəl" deyir

Almaniya ixtisaslı işçilərə qapılarını açıb.

Musavat.com xəbər verir ki, bu barədə İsveçrədə yaşayan həmvətənimiz Elxan Həsənli sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

Onun paylaşdığı məlumata görə, Almaniya hökuməti bir ildir gözlənən “mütəxəssis köçmən qanununu” yumşaltdıqdan sonra ölkəyə ixtisaslı miqrant axını başlayıb. Artıq ixtisaslı tibb işçiləri, mühəndislər, müəllimlər, eləcə də aşbazlar, elektriklər və sairə ixtisaslı peşə sahibləri Almaniyaya köçə bilərlər.

Almaniya yaxın 5 il ərzində ölkə iqtisadiyyatının modernləşdirilməsinə çalışır. Hökumətin yeni “kvalifikasiyalı köçmənlər qanununu” təsdiq edib.

Hazırda 2 milyona yaxın iş yerində calışacaq işçilərə ehtiyac var. Gələcəkdə qurulacaq sənaye müəssisələrində işləmək üçün daha çox işçiyə ehtiyac olacaq.

Yeni qanuna əsasən peşə və ya ali təhsili, 5 illik iş təcrübəsi olan şəxslərin Almaniyaya köçməsi daha da asanlaşdırılıb. Əvvəlki qanuna əsasən işçi ilə yanaşı onun ailə üzvlərinin də minimum alman dili biliklərinin olması tələb olunurdu. Yeni qanunda yalnız işçicidən minimum alman dili bilikləri tələb olunur, ailə üzvləri Alman dilini öyrənmək şərtilə bu tələbdən azad olunublar.

Yalnız İT mütəxəssislərindən alman dili bilikləri tələb olunmur. Onların Almaniyada işləməsi üçün bütün maneələr aradan qaldırılıb.

Almaniyada işləmək istəyən şəxslər peşə və ya ali təhsil diplomlarını, təcrübəli olduqlarını təsdiq etməklə yanaşı minimum alman dili biliklərinə malik olmalıdırlar.

“Şans kartı” alacaq şəxslər Almaniyaya köçüb orada iş axtarmaq hüququ əldə edəcəklər. Əvvəllər iş müqaviləsi olan şəxslər ölkəyə daxil ola bilərdilər.

340072937_935097627622716_3699336955999335682_n.jpg (10 KB)

Şans kartı alacaq şəxs 6 ballıq şkala üzrə tələblərə cavab verməlidir:

- Ərizəçinin yerli ixtisasa bərabər olan xarici peşəkar ixtisası varsa, dörd bal verilir.

- Alman dilini yaxşı bilən” (Sertifikat tələb olunur) namizəd üç bal qazanır.
- Ərizəçi 35 yaşdan yuxarı olmadıqda iki bal alır.

İngilis dilini yaxşı bilmək üçün də bal verilə bilər, əgər işçinin alman dili biliyi varsa.

Almaniyada işləmək şansı qazanmaq üçün 6 bal kifayətdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR