İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya LGBT ilə bağlı qanundan sonra Gürcüstanı kursunu dəyişməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) LGBT hüquqlarını məhdudlaşdıran qanunun qəbulundan sonra Gürcüstan hökumətini kursu dəyişməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Almaniya XİN-in “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

“Gürcüstan parlamentinin qəbul etdiyi qanunvericilik paketi LGBT nümayəndələrinə qarşı ayrı-seçkiliyə yönəlib. Bu, Venesiya Komissiyasının qeyd etdiyi kimi, vətəndaş hüquqlarını pozur və Gürcüstanı Avropa İttifaqından uzaqlaşdırır. Gürcüstanı kursu dəyişməyə çağırırıq”, - məlumatda vurğulanır.

Daha əvvəl beynəlxalq təşkilatlar da qanunun stiqmatizasiyanı gücləndirəcəyi və ayrı-seçkiliyi təşviq edəcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bu gün Avropa diplomatiyasının rəhbəri Josep Borrell də Gürcüstanda qəbul olunana qanunların ləğvinə dair çağırışla çıxış edib.

Xatırladaq ki, hakim “Gürcü arzusu” Partiyasının təklif etdiyi dəyişikliklər, o cümlədən, kişi-qadın birliyindən başqa hər hansı nikahın qeydə alınmasına, yetkinlik yaşına çatmayanların homoseksual cütlüklər tərəfindən övladlığa götürülməsinə və cinsiyyətin dəyişdirilməsi ilə bağlı əməliyyatlara qadağa qoyulmasını nəzərdə tutur.

Qeyd edək ki, Gürcüstan parlamenti sentyabrın 17-də üçüncü yekun oxunuşda LGBT təbliğatını qadağan edən qanunlar və düzəlişlər paketini qəbul edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR