İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Əlişir Usmanovun “Dilbər”ini də müsadirə edib

Almaniya hüquq-mühafizə orqanları rusiyalı oliqarx Əlişir Usmanova məxsus dünyanın ən böyük meqayaxtalarından biri olan “Dilbər”də axtarış aparıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” yazır.

Nəşrin məlumatına görə, çərşənbə axşamı kriminal polisin müstəntiqlərindən və Şimali Reyn-Vestfaliyadan olan vergi müstəntiqlərindən ibarət “Ukrayna” adlı xüsusi komissiyasının əməkdaşları lüks yaxtada axtarış aparıblar.

Frankfurt-Mayn prokurorluğu axtarışa hüquq-mühafizə orqanlarının 60 əməkdaşının cəlb edildiyini bildirib.

Reydin məqsədi Usmanova qarşı xarici ticarət, çirkli pulların yuyulması və vergidən yayınma haqqında qanunvericiliyin pozulmasında şübhəli bilinən prosesdə əlavə sübutların tapılmasıdır. Ötən həftə müstəntiqlər artıq Usmanovun Tegernsee gölündəki villalarında axtarışlar aparıb və mühüm sənədləri ələ keçiriblər.

Əlişir Usmanov 2014-cü ildən bu yana Almaniyada ən azı 555 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR