İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Bundestaqının spikeri Ukraynanın tezliklə Aİ-yə üzv olmasını təklif edib

Bundestaqın spikeri Berbel Bas Kiyevə səfərindən sonra Ukraynanın Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi təklifi ilə çıxış edib. Bu barədə “Evropeyskaya Pravda” məlumat yayıb.

O, üzvlüklə bağlı “perspektiv işlərin görülə bilməsi üçün” prosedurları sürətləndirməyə çağırıb.

“Ukrayna üçün bu, çox, çox vacibdir: onların yol xəritəsi, qrafik əldə etməsi baxımından da bu çox önəmlidir. Ümid edirəm ki, bu, onilliklərlə davam etməyəcək”, – deyə Bas qeyd edib.

O, bu məsələ ilə bağlı optimist düşündüyünü və hər kəsin Ukraynanın Aİ-yə qəbul olunmasını istədiyi üçün indi hər şeyin sürətləndiriləcəyinə inandığını vurğulayıb.

Mənbə: kurs.com.ua

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR