Onlayn ictimai-siyasi qəzet
Almaniya büdcəsi 200 milyard avro təşkil edəcək Müdafiə Fondunun yaradılmasını nəzərdən keçirir.
Bu barədə məlumatı “Bloomberg“ yayıb.
Fondda toplanacaq vəsait ölkənin müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
O da bildirilib ki, yaxın vaxtlarda kansler vəzifəsinin icrasına başlayacaq Fridrix Merts layihənin tez bir vaxtda təsdiqlənməsi üçün müzakirələrə başlayıb.
Sözügedən maliyyə qurumuna toplanan vəsait həm də Ukraynaya dəstək məqsədilə istifadə olunacaq.//APA
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ