İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman xarici kəşfiyyat zabiti Rusiya casusu çıxdı

Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı Karsten L. dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir. İddialara görə, şübhəli şəxs bu il Rusiya xüsusi xidmət orqanlarından birinə dövlət sirlərini ehtiva edən məlumat verib.

Həbs edilən şəxsin evində və iş yerində axtarış aparılıb, bundan əlavə Berlində və Pullaxdakı (Bavariya) ofislərdə, habelə adı açıqlanmayan daha bir şəxsin evində və iş yerində axtarış aparılıb.

Vəziyyətlə bağlı Almaniya kansleri Olaf Şoltsa məlumat verilib. Bildirilir ki, casusun xəyanəti xüsusi izləmə nəticəsində məlum olub.

Federal Kəşfiyyat Xidməti "təmkin və məxfilik" zərurətini qeyd edərək, iddiaların təfərrüatlarını açıqlamayıb. Xidmətin rəhbəri Bruno Kalın sözlərinə görə, Rusiya “prinsipsizlikdə hüdud tanımadığı və hər cür zorakılığa hazır olduğu üçün baş verənlərin təfərrüatlarının açıqlanması “düşmənə üstünlük verə bilər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR