İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman tarixçi: Rusiya payızda Litvaya hücum edə bilər

Almaniyalı hərbi tarixçi, Potsdam Universitetinin professoru Zönke Nayçel hesab edir ki, 2025-ci ilin yayı Almaniya üçün "sonuncu dinc yay" ola bilər. O, Rusiyanın payızda Litvaya hücum etmə ehtimalını irəli sürüb.

Musavat.com xəbər verir ki, Nayçelin sözlərinə görə, Rusiya Belarusda genişmiqyaslı hərbi təlimlər elan edib və Baltikyanı ölkələr bu təlimlər zamanı Rusiya qoşunlarının sərhədi keçə biləcəyindən ehtiyatlanır. O bildirib ki, NATO-nun 5-ci maddəsinin, xüsusilə də ABŞ üçün qüvvədən düşə biləcəyi ehtimalı mövcuddur:

"Biz görürük ki, Rusiya Belarusda böyük təlimlər elan edib. Baltikyanı ölkələrdə isə ciddi narahatlıq var ki, bu təlimlər zamanı Rusiya qoşunları sərhədi keçə bilər. Eyni zamanda, NATO-nun 5-ci maddəsi, xüsusən ABŞ üçün qüvvədən düşə bilər. Nəticədə, Rusiyaya qarşı sarsıdıcı təsir azalır". 

 Screenshot_1.png (177 KB)

Bununla belə, professor Rusiyanın Ukraynadakı müharibə davam etdiyi müddətdə NATO ölkəsinə hərbi təcavüzə başlayacağına şübhə ilə yanaşır.

Nayçel Avropada müharibənin başlama ehtimalının artdığını və Almaniyanın buna hazır olmadığını vurğulayıb. O, Almaniyanın ən böyük probleminin sursat çatışmazlığı və döyüş dronlarının azlığı olduğunu bildirib. Bəndesverin kəşfiyyat məsələsində hansı vəziyyətdə olduğu ilə bağlı suala cavab verən tarixçi qeyd edib ki, ABŞ kəşfiyyat dəstəyini dayandırarsa, bu, Almaniya üçün ciddi problemə çevriləcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR