Onlayn ictimai-siyasi qəzet
Almaniyalı idman şərhçisi "Traxtor" futbol klubunun oyunu ilə bağlı maraqlı açıqlama verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, "Traxtor" klubu 120 min azarkeşin iştirakı ilə dünya üzrə stadion tamaşaçı rekordu qırıb.
Şərhçi əlavə edib ki, türkcə danışan "Traxtor" azarkeşləri matçlara yalnız azarkeş məqsədi ilə deyil, eyni zamanda milli kimliklərini ifadə etmək üçün toplaşırlar. “Bu azarkeşlər, İspaniyadakı katalonlara bənzər şəkildə, güclü milli duyğulara malikdirlər və özlərini İranlı deyil, Azərbaycanlı olaraq görürlər”, – deyə o bildirib.
Qeyd edək ki, "Traxtor" klubu Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının dəstəklədiyi simvolik komandadır. Klubun oyunları, xüsusilə milli məsələlər fonunda, geniş ictimai rezonans doğurur.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ